Bakı. 13 sentyabr. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyası (PA) Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupu və onun həmsədrlərinin işinə sadiq qalır.
"Report"un ATƏT PA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə ATƏT PA-nın prezidenti Giorgi Tsereteli Ermənistana səfəri zamanı bildirib.
ATƏT PA-nın prezidenti həmçinin qeyd edib ki, konkret nəticələrin və irəliləyişlərin əldə olunmasında əsas məsuliyyət tərəflərin siyasi rəhbərliyinin üzərinə düşür.