Bakı. 31 yanvar. REPORT.AZ/ "Dekabrın sonlarındakı toqquşma bir daha Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların əhəmiyyətini göstərir".
"Report" xəbər verir ki, bunu Ermənistan KİV-inə açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri, səfir Riçard Hoqland deyib.
"Tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə çağırmağa və qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün tədbirlər görməyə davam edirik", - deyə R.Hoqland bildirib.