ATƏT MQ həmsədrlərinin regiona səfəri başlayıb

ATƏT MQ həmsədrlərinin regiona səfəri başlayıb Vasitəçilər danışıqlar prosesinin gələcək gedişini və təmas xəttində vəziyyəti müzakirə edəcəklər
Qarabağ
16 Fevral , 2015 09:37
ATƏT MQ həmsədrlərinin regiona səfəri başlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb. "Report" xəbər verir ki, vasitəçilər Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) Bakıya gəlib. 

Bu gün həmsədrlərin Azərbaycan Prezidenti, xarici işlər naziri və müdafiə naziri ilə görüşəcəyi gözlənilir. Görüşlərdə  danışıqlar prosesinin gələcək gedişi və Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə olunacaq. 

Fevralın 17-də həmsədrlər İrəvana yollanacaq. 

Bakı və İrəvandan sonra vasitəçilərin Xankəndinə də səfəri gözlənilir. 

Son xəbərlər

Orphus sistemi