ATƏT-in MQ həmsədrlərinin regiona səfəri başa çatıb
Qarabağ
- 20 fevral, 2015
- 06:31
Bakı. 20 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədrlərinin regiona səfəri başa çatıb. "Report" xəbər verir ki, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb.
Xatırladaq ki, səfər çərçivəsində vasitəçilər fevralın 16-da Bakıda, fevralın 17-də isə İrəvanda olublar. Həmsədrlər iki ölkənin prezidentləri, XİN rəhbərləri və müdafiə nazirləri ilə münaqişənin həlli üzrə gələcək addımları, eləcə də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və sərhəddəki vəziyyəti müzakirə ediblər. ATƏT-in MQ həmsədrləri həmçinin Dağlıq Qarabağa səfər ediblər.
Səfərin yekunkarına görə həmsədrlərin növbəti bəyanatı yayılacağı gözlənilir.
Son xəbərlər
15:34
Azərbaycan SECURE təşəbbüsünün daha geniş beynəlxalq miqyasda dəstəklənməsinə çağırış edib
Mədəniyyət siyasəti15:29
Xidmət rəisi: Ermənilərin Xudavəng monastırında qanunsuz bərpa işlərinin məqsədi tarixi saxtalaşdırmaq olub
Xarici siyasət15:29
"Fulhem"in futbolçuları baş məşqçi Alvaro Arbeloanın işindən narazıdırlar
Futbol15:25
Almaniya hakimiyyəti 150 rusiyalı diplomatı və onların ailə üzvlərini ölkədən çıxarır
Digər ölkələr15:24
Foto
Maliyyə Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi formalaşdırılıb
Maliyyə15:13
Səbinə Hacıyeva: Ermənilər işğalın ilk illərində Azıx mağarasından silah anbarı kimi istifadə edib
Mədəniyyət siyasəti15:11
Səbinə Hacıyeva: İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
Mədəniyyət siyasəti15:11
Çində yük gəmisində baş verən yanğında azı 20 nəfər ölüb
Digər ölkələr15:10