ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttindəki vəziyyətlə əlaqədar bəyanat yayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttindəki vəziyyətlə əlaqədar bəyanat yayıb Vasitəçilər tərəfləri atəşkəsə əməl etməyə və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıblar
Qarabağ
101
2 Aprel , 2016 16:03
ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttindəki vəziyyətlə əlaqədar bəyanat yayıb

Bakı. 2 aprel. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində atəşkəs rejiminin genişmiqyaslı pozulması barədə xəbərlərə görə ciddi narahatlığını ifadə ediblər.

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir.

"Biz gücdən istifadəni qətiyyətlə qınayırıq və insanların, o cümlədən mülki vətəndaşların mənasız ölümünə görə təəssüflənirik", - deyə həmsədrlər bildirib.

Onlar tərəfləri atəşkəsə əməl etməyə və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıblar.

ATƏT-in Minsk qrupunun həmsədrləri vurğulayıb ki, münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur və müharibə seçim variantı ola bilməz.

Son xəbərlər

Orphus sistemi