ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar Vasitəçilər: "Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını təsdiq ediblər"
Qarabağ
7 Oktyabr , 2017 16:03
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

Bakı. 7 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) regiona səfərinin yükunlarına dair bəyanat yayıblar.

"Report"un məlumatına görə, bəyanatda qeyd olunub ki, bu səfərin məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq və onun gündəliyinin hazırlanması olub.

"Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını təsdiq ediblər. Tərəflər prezidentlərin qarşıdakı görüşü barədə yaxın gələcəkdə məlumat verəcəklər", - vasitəçilərin bəyanatında deyilir.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, 7-də isə Bakıda görüşlər keçiriblər.

Son xəbərlər

Orphus sistemi