ATƏT-in Minsk qrupunun həmsədrləri: "Monitorinq zamanı baş verən insident münaqişənin nizamlanmasında irəliləyişi pozmaq üçün qəsdən edilmiş cəhddir"

ATƏT-in Minsk qrupunun həmsədrləri: "Monitorinq zamanı baş verən insident münaqişənin nizamlanmasında irəliləyişi pozmaq üçün qəsdən edilmiş cəhddir" "Ağır silahdan istifadə yolverilməzdir və bu, mülki əhali üçün ciddi təhlükə yaradır"
Qarabağ
29 Oktyabr , 2015 13:50
ATƏT-in Minsk qrupunun həmsədrləri: Monitorinq zamanı baş verən insident münaqişənin nizamlanmasında irəliləyişi pozmaq üçün qəsdən edilmiş cəhddir

Bakı. 29 oktyabr. REPORT.AZ/ "ATƏT-in monitorinqi zamanı qoşunların təmas xəttində baş verən insident Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişi pozmaq üçün qəsdən edilmiş cəhddir".

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin yekunlarına aid birgə bəyanatda deyilir.

Bəyanat müəllifləri qeyd edib ki, tərəflər üzərinə monitorinq aparan şəxslərin təhlükəsizliyini təmin etmək öhdəliyi götürüb. Amma həmsədrlərin oktyabrın 27-də apardığı monitorinq zamanı qoşunların təmas xəttində atışma qeydə alınıb.

Bəyanatda, həmçinin qeyd olunur ki, iki ölkə prezidenti ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüş keçirmək öhdəliyini bir daha təsdiq edib. Həmsədrlər qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhəddində atəşkəs rejiminin pozulmasının təhlükəli olduğunu vurğulayıb. Vasitəçilər ağır silahdan istifadənin yolverilməz olduğunu və bunun mülki əhali üçün ciddi təhlükə yaratdığını da bildirib.

Son xəbərlər

Orphus sistemi