Bakı. 15 İyun. REPORT.AZ/
O, görüş zamanı tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsi məsələlərinin müzakirə olunduğunu bildirib.
"Bu məsələ, tərəflər arasında əməkdaşlığı tələb edir", - C. Uorlik qeyd edib.
Xatırladaq ki, ATƏT-in MQ həmsədrləri Bakıda səfərdədir. Onlar "Bakı-2015" I Avropa Oyunlarının Açılış mərasimində iştirak edib və iyunun 14-də azərbaycanlı məcburi köçkünlərin yaşadığı məntəqələri ziyarət ediblər.