​ATƏT-in Minsk qrupunun həmsədri Xocalı faciəsinə həsr olunmuş tədbirdə iştirak edəcək

​ATƏT-in Minsk qrupunun həmsədri Xocalı faciəsinə həsr olunmuş tədbirdə iştirak edəcək Uorlik: "Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən bütün faciələrin qurbanlarını yad etmək istəyirik"
Qarabağ
25 Fevral , 2016 22:38
​ATƏT-in Minsk qrupunun həmsədri Xocalı faciəsinə həsr olunmuş tədbirdə iştirak edəcək

Bakı. 25 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Vaşinqtonda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Bu barədə "Report"a C. Uorlik məlumat verib.

"Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən bütün faciələrin qurbanlarını yad etmək istəyirik. Ümid edirik ki, bu gün də artmaqda olan və aralarında dinc sakinlərin üstünlük təşkil etdiyi münaqişə qurbanlarının sayının çox olması prezidentlərin diqqətlərini danışıqlar əsasında nizamlanmaya yönəltməyə kömək edəcək", - deyə o bildirib.

C.Uorlik qeyd edib ki, o, Minsk qrupun həmsədri kimi öz fransalı və rusiyalı həmkarları və münaqişə tərəfləri ilə nizamlanmada irəliləyişin əldə olunması üçün işləməyə hazırdır.

"İndi sülhün əldə olunma vaxtıdır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi