ATƏT-in Minsk qrupunun həmsədri Riçard Hoqland xələfinin adını açıqlayıb

ATƏT-in Minsk qrupunun həmsədri Riçard Hoqland xələfinin adını açıqlayıb Minsk qrupunun yeni həmsədri vəzifəsinin icrasına gələn həftədən etibarən başlayacaq
Qarabağ
109
24 Avqust , 2017 09:28
ATƏT-in Minsk qrupunun həmsədri Riçard Hoqland xələfinin adını açıqlayıb

Bakı. 24 avqust. REPORT.AZ/ Endryu Şofer ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri təyin edilib.

"Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-in Minsk qrupundakı müvəqqəti həmsədri Riçard Hoqland Vaşinqtonda "dəyirmi masa"da məlumat verib.

R.Hoqland vurğulayıb ki, bazar ertəsindən etibarən Endryu Şofer həmsədr kimi fəaliyyətə başlayacaq: "O, çox təcrübəli diplomatdır. E.Şofer Birləşmiş Ştatları Vyanada Beynəlxalq Təşkilatlara Missiyada təmsil edib."

Bununla yanaşı, R.Hoqland təqaüdə çıxdığını elan edib.

Son xəbərlər

Orphus sistemi