“Qarabağ münaqişəsinin həlli bu il gündəliyimizdə mühüm yer tutacaq”.
"Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın xarici işlər naziri Edi Rama Vyanada Daimi Şuraya ölkəsinin 2020-ci il üçün ATƏT-dəki sədrliyinin prioritetlərini təqdim edərkən deyib.
O qeyd edib ki, bu il Albaniya sədrliyinin əsas şüarı "Öhdəliklərimizi birgə yerinə yetirərək” olacaq.
"ATƏT münaqişə və münaqişəsonrası vəziyyətlərdə heç kimin edə bilmədiyi şeyləri həyata keçirə biləcəyini dəfələrlə sübut edib. Ukraynadakı və onun ətrafındakı böhran Avropanın ən aktual təhlükəsizlik problemi olaraq qalır. Xüsusi Monitorinq Missiyasının (XMM) bənzərsiz töhfəsi gərginliyin azaldılmasında və sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində çox vacibdir... Minsk qrupunun