ATƏT-in fəaliyyətdə olan sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb

ATƏT-in fəaliyyətdə olan sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri naziri Miroslav Layçak Minsk qrupunun Rusiya və ABŞ-dan olan həmsədrləri İqor Popov və Endryu Şofer ilə görüşüb. Onlar görüşdə həm də fransalı həmsədr Stefan Viskonti və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kasprşikin adından çıxış ediblər.
Qarabağ
28 İyun , 2019 21:29
ATƏT-in fəaliyyətdə olan sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri naziri Miroslav Layçak Minsk qrupunun Rusiya və ABŞ-dan olan həmsədrləri İqor Popov və Endryu Şofer ilə görüşüb. Onlar görüşdə həm də fransalı həmsədr Stefan Viskonti və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kasprşikin adından çıxış ediblər.

"Report" xəbər verir ki, Miroslav Layçak həmsədrlərin sonuncu məsləhətləşmələrinin, o cümlədən Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında həmsədrlərin vasitəçiliyi ilə aprelin 15-də Moskvada və iyunun 20-də Vaşinqtonda baş tutan görüşlərinin nəticələri barədə məlumatlandırılıb.

Həmsədrlər slovakiyalı sədrə humanitar məsələlər üzrə irəliləyişlər, o cümlədən günün əvvəlində Ermənistan və Azərbaycan arasında girovların mübadiləsi barədə məlumat veriblər.

Layçak öz növbəsində Minsk prosesini və həmsədrlərin işini, həmçinin tərəflərin gərginliyin azaldılması, sülh və danışıqlarda əhəmiyyətli irəliləyişinə təkan verən mühitin yaradılması istiqamətində göstərdikləri səyləri tam dəstəklədiyini bildirib.

Girovların mübadilə edilməsini şərh edən fəaliyyətdə olan sədr deyib:

"Biz bu humanitar jesti alqışlayırıq. Bu, dialoqun münaqişədən əziyyət çəkən insanlara necə müsbət təsir edə biləcəyini göstərir".

Son xəbərlər

Orphus sistemi