Bakı. 30 iyun. REPORT.AZ/ "Cənubi Qafqaz regionunda sülhü bərpa etmək zəruridir. ATƏT Qarabağ münaqişəsi zonasında atəşkəsi qorumaq üçün hər cür səy göstərəcək".
"Report" xəbər verir ki, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Bakıda mətbuat konfransında deyib.
O, münaqişə tərəfləri arasında aprel ayında yaşanmış atışma zamanı xeyli itkinin olduğunu xatırladıb. "ATƏT hər zaman Qarabağ münaqişəsinin təhlükəli olduğunu bilib. Biz bu regionda sülhü bərpa etməliyik. Atəşkəsi qorumaq üçün hər cür səy göstərəcəyik. Amma münaqişə tərəfləri də güzəştə getməlidir", - deyə F.-V.Ştaynmayer bildirib.
O, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda baş tutmuş görüşünü alqışlayıb. "Barışığı gücləndirmək üçün ciddi danışıqlar aparmalıyıq", - deyə, XİN başçısı qeyd edib.