ATƏT-in fəaliyyətdə olan sədri mart ayında Azərbaycana gələcək

ATƏT-in fəaliyyətdə olan sədri mart ayında Azərbaycana gələcək Bakı. 19 fevral. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün gələn ayın birinci yarısında Azərbaycana və Ermənistana səfər etmək niyyətindədir.
Qarabağ
18030
19 Fevral , 2019 14:18
ATƏT-in fəaliyyətdə olan sədri mart ayında Azərbaycana gələcək

Bakı. 19 fevral. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün gələn ayın birinci yarısında Azərbaycana və Ermənistana səfər etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə M.Layçak Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla apardığı danışıqların yekununa həsr olunan mətbuat konfransı zamanı bildirib. Diplomat həm rəsmi Bakıdan, həm də İrəvandan səfər üçün dəvət aldığını deyib.

Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılan münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.

Daha əvvəl bildirilirdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi