ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib Monitorinq insidentsiz başa çatıb
Qarabağ
12 Sentyabr , 2017 12:25
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib
Mod.gov.az

Bakı. 12 sentyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 12-də Füzuli rayonu Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Martin Şuster keçiriblər. 

Son xəbərlər

Orphus sistemi