ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirib

ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirib Monitorinq insidentsiz başa çatıb
Qarabağ
12 Oktyabr , 2017 12:09
ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirib
Mod.gov.az

Bakı. 12 oktyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller aparıblar.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçiriblər. 

Son xəbərlər

Orphus sistemi