Anji Kaspşik: "Ofisimizin genişləndirilməsi məsələsi dəqiqləşdirilmə mərhələsindədir"

Qarabağ
  • 01 iyul, 2016
  • 07:55
Anji Kaspşik: Ofisimizin genişləndirilməsi məsələsi dəqiqləşdirilmə mərhələsindədir

Bakı. 1 iyul. REPORT.AZ/ "ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsi dəqiqləşdirilmə mərhələsindədir".

"Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Ermənistan KİV-inə müsahibəsində bildirib.

O qeyd edib ki, bütün dəqiqləşdirilmələr başa çatdıqdan sonra ofis genişləndiriləcək: "Fikrimcə, bu çox vaxt aparmayacaq. Bu məsələnin detallarından asılıdır".

Qeyd edək ki, bununla da beynəlxalq vasitəçilər, o cümlədən ATƏT Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində real nəticə əldə etmək əvəzinə, Dağlıq Qarabağ bölgəsindəki təmas xəttində atəşkəsə nəzarət edəcək müşahidəçilərin sayını artırmağa nail olacaq.  

44 - Tezliklə