Angela Merkel: "Almaniya Dağlıq Qarabağ münaqişəsinə göz yuma bilməz"

Angela Merkel: "Almaniya Dağlıq Qarabağ münaqişəsinə göz yuma bilməz" "Rusiya ilə qonşu ölkələrdəki münaqişələr onların istədikləri kimi inkişaf etməsinə əngəl törədir"
Qarabağ
30 Noyabr , 2018 13:49
Angela Merkel: Almaniya Dağlıq Qarabağ münaqişəsinə göz yuma bilməz
Almaniya kansleri Angela Merkel / REUTERS/ Max Rossi

Bakı. 30 noyabr. REPORT.AZ/ "Almaniya post-sovet məkandakı münaqişələrə göz yuma bilməz".

“Report” xəbər verir ki, bunu Berlində keçirilən sayca üçüncü Almaniya – Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya kansleri Angela Merkel deyib.

“Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Trans-Nistru probleminin, həmçinin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin, Ukraynanın şərqindəki münaqişənin olduğunu görərsiniz”, kansler deyib.

Onun sözlərinə görə, bu münaqişələr həmin ölkələrin istədikləri kimi inkişaf etməsinə əngəl törədir: "Buna göz yuma bilmərik”.

Son xəbərlər

Orphus sistemi