Anar Bağırov: "Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Avropa Məhkəməsi ilə kommunikasiya davam edir"

Anar Bağırov: "Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Avropa Məhkəməsi ilə kommunikasiya davam edir" Bakı. 12 dekabr. REPORT.AZ/ Şahbaz Quliyev və Dilqəm Əsgərov ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üzrə kommunikasiya davam edir.
Qarabağ
105
12 Dekabr , 2018 12:28
Anar Bağırov: Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Avropa Məhkəməsi ilə kommunikasiya davam edir
Vəkillər Kollegiyasının sədri Anar Bağırov / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 12 dekabr. REPORT.AZ/ "Şahbaz Quliyev və Dilqəm Əsgərov ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üzrə kommunikasiya davam edir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: "Həm Azərbaycan, həm də qarşı tərəfə məlum olduğu kimi, bu məsələdə məsuliyyət daşıyan Ermənistandır. Çünki Dağlıq Qarabağı işğal edən məhz Ermənistandır. Artıq bu fakt Avropa Məhkəməsində tanınıb".

A.Bağırov hesab edir ki, məsələ ilə bağlı müsbət nəticələr olacaq: "Çünki həm dövlətin, həm ictimaiyyətin bu məsələyə böyük diqqəti var. Bu bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən bizim vətəndaşların hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqəti göstərir". 

Son xəbərlər

Orphus sistemi