ANAMA və BMTİP azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün birgə layihəyə başlayıb

ANAMA və BMTİP azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün birgə layihəyə başlayıb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) “Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin imkanlarının artırılmasına d
Qarabağ
7 fevral 2023 10:49
ANAMA və BMTİP azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün birgə layihəyə başlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) “Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin imkanlarının artırılmasına dəstək” layihəsinin icrasına başlayıb.

“Report” xəbər verir ki, layihənin icrası ilə bağlı müvafiq sənədi bu gün Şuşada BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros və ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov imzalayıblar.

Bu layihənin ANAMA-nın strategiya və məlumatların idarə edilməsi sahəsində institusional potensialını gücləndirəcəyi və genişləndirəcəyi gözlənilir. Bu, keçmiş məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirmək üçün azad edilmiş ərazilərin minalardan təmizlənməsi üzrə səyləri birləşdirməyə yönəlib.

Orphus sistemi