ANAMA əməkdaşı Zəngilanda minaya düşüb
Hadisə
- 19 noyabr, 2021
- 20:29
Dünən Zəngilanda mina partlayışı olub.
“Report”un Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı günorta saat 15 radələrində rayonda minaya düşüb.
Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, V.Babayev uzun illər ANAMA-da çalışıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
12:18
Mərkəzi Asiya və Cənubi Koreya arasında ticarət dövriyyəsi 20 milyard dollar səviyyəsinə çatdırılacaq
Region12:16
AK Parti rəsmisi sahibkarları Türk İnvestisiya Fondunun imkanlarından yararlanmağa çağırıb
Maliyyə12:14
"Qəbələ" "Neftçi"dən ayrılan Elvin Camalovla 2 illik müqavilə bağlayacaq
Futbol12:13
"Qobustan" GES hər il 200 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək
Energetika12:12
"Azərkimya" bu il istehsal gücünün 85 %-dən çoxunu istifadə edəcək
Energetika12:12
Foto
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Daxili siyasət12:09
Foto
TDT müsəlman dini idarə rəhbərləri Ağdam Cümə Məscidində olublar
Din12:07
Foto
Xamis Seyranov Milli Biznesin İnkişafı Forumunun Xüsusi Sessiyasına qatılıb
Biznes12:05