Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçiriləcək anım tədbirlərinə hazırlıq işləri yekunlaşıb - FOTOREPORTAJ

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçiriləcək anım tədbirlərinə hazırlıq işləri yekunlaşıb - FOTOREPORTAJ Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıq işləri yekunlaşıb
Qarabağ
25 Fevral , 2019 12:43
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçiriləcək anım tədbirlərinə hazırlıq işləri yekunlaşıb - FOTOREPORTAJ
Report/Elchin Murad

Bakı. 25 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakının Xətai rayonunda yerləşən "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda hazırlıq işləri yekunlaşıb.

“Report” xəbər verir ki, ərazidə təmizlik-abadlıq işləri görülüb, abidənin ətrafında və parkda yeni güllər əkilib.

Bundan başqa, insanların "Ana fəryadı" abidəsini rahat ziyarət etmələri üçün tədbirlər görülüb.

Artıq bu gündən başlayaraq vətəndaşlar "Ana fəryadı" abidəsini ziyarət edir, Xocalı faciəsi qurbanlarının xatirəsini anırlar. 

Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Report”a açıqlamasında bildirib ki, abidənin ətrafında həyata keçirilən bütün işlər başa çatıb: “Tədbirlər planına uyğun olaraq, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bir neçə gün bundan öncə abadlıq işlərinə başlanılıb. 1000 metr uzunluğunda, 25 metr enində olan abidə kompleksinin yerləşdiyi park-xiyabanında həyata keçirilən abadlıq və quruculuq işləri tamamlanıb. Parkda 300-dən artıq dekorativ ağaclar və kollar əkilib. Eləcə də, bütün park boyu mövsümi güllər əkilib. İşıq sistemləri yoxlanılıb və çatışmazlıqlar aradan qaldırılıb. Yol boyu rənglənmə işləri də sona çatıb. Hasarlara və fasadlara bannerlərin vurulması prosesi də bitib. Bütün bunlarla yanaşı, Xocalı prospektində yendiənqurma işləri həyata keçirilib. Parkın içərisində 10 min kvadrat metrlik ölçüdə təmir-bərpa işləri görülüb”.

Qeyd edək ki, Xocalı soyqırımını təcəssüm etdirən “Ana fəryadı” abidə kompleksi 1993-cü ildə ucaldılıb.

Xatırladaq ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Xocalı soyqırımının 27-ci ildönümünün anılması üçün yürüş edənlərin Neftçilər və Bülbül prospeklərinin kəsişməsindən başlayaraq, Azadlıq meydanından keçməklə, Yusif Səfərov küçəsi ilə Xocalı prospekti “Ana fəryadı” abisədi ətrafında dövrə edib, eyni marşrutla – 28 May, A.Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub. Bununla əlaqədar qeyd edilən marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaqdır və Bakı-Ələt yolunun 14-cü km-dən və Sədərək T/M-in çıxışından 3-cü kənar dairəvi yola, 20-ci sahə dairəsindən Bayıl qəsəbəsi, Xanlar küçəsi, Dağüstü park yolu ilə Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsi - Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən 20-ci sahə qəsəbəsinə, Bayraq Meydanı, “Dalğa plaza” inzibati binasının yanından M.Useynov küçəsinə dəyişdiriləcək.

Eləcə də Niyazi, Teymur Elçin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu zavod dairəsindən Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Heydər Əliyev Mərkəzinin yanından, Xətai prospekti – Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyov, Xaqani, Puşkin, 28 May, R.Zorge, K.Səfərəliyeva, Fikrət Əmirov küçələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkətin istiqamətinin dəyişdirilməsi planlaşdırılıb. Həmçinin Hava limanı istiqamətindən cənub tərəfdən 3-cü kənar dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə hərəkət tənzimlənir.

Foto: Elçin Murad

Son xəbərlər

Orphus sistemi