Amerikalı senator ermənilərin işğalçılıq siyasətindən narahatdır

Amerikalı senator ermənilərin işğalçılıq siyasətindən narahatdır ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvləri Meyn ştatının senatoru Suzan Kollinslə videobağlantı formatında görüş keçiriblər.
Qarabağ
17 Sentyabr , 2020 13:02
Amerikalı senator ermənilərin işğalçılıq siyasətindən narahatdır
Suzan Kollins

ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvləri Meyn ştatının senatoru Suzan Kollinslə videobağlantı formatında görüş keçiriblər.

Bu barədə "Report"un xüsusi müxbirinə Amerika-Azərbaycan Cəmiyyətinin üzvü, Meyn ştatındakı Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədov məlumat verib.

Onun sözlərinə görə, görüş Amerikada Azərbaycan Cəmiyyətləri Konqresinin (Congress of Azerbaijani Societies of America – CASA) təşəbbüsü ilə baş tutub: "Görüşdə Nyu York, Boston, Hyuston, Mayami şəhərlərindən olan icma rəhbərləri, üzvlər və bir çox türk dövlətlərinin nümayəndələri iştirak ediblər".

S.Kollins Amerika-Azərbaycan Cəmiyyətinin ABŞ-da aktiv fəaliyyətindən, xüsusilə icma üzvlərinin ötən illər ərzindəki uğurlarından danışıb. Senator icma üzvü olan immiqrantların dövlət qrantlarından faydalanmasının və ABŞ-da məskunlaşaraq insan resurslarında, eyni zamanda ölkələrarası əməkdaşlıqlarda aktiv fəaliyyətindəki roluna xüsusi diqqət çəkib. O, iqtisadiyyatın aparıcı qüvvəsi olan kiçik biznesin fəaliyyətini artırmaq üçün bu işdə Azərbaycan icmasına lazımi dəstəyi verməyə hazır olduğunu deyib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Senator bu problemin ötən illərdən bəri həllini tapmaması və ermənilərin işğalçılıq siyasətini davam etdirməsindən narahatlığını dilə gətiriib. S.Kollins xüsusilə ötən aylarda Kaliforniya ştatında yaşayan erməni icmasının nümayəndələrinin Azərbaycan icmasının üzvlərinə qarşı təcavüz aktını pisləyib.

“Biz sivil ölkədə yaşayırıq və hər şey dialoq üzərində qurulmadır” deyən senator problemin həllinin hüquqi müstəvidə, sülh yolu ilə nizamlanmasının vacibliyinə diqqət çəkib. Azərbaycanlılar ötən müddət ərzində ATƏT-in Minsk Qrupunun heç bir irəliləyiş əldə etmədiyini, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın sülh yolunu seçdiyini və dəstəklədiyini deyiblər.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi