Amerikalı ekspert: "Paşinyanın rəsmi Bakını təhrikə yönəldən bəyanatları vəziyyəti daha da qarışdırır"

Amerikalı ekspert: "Paşinyanın rəsmi Bakını təhrikə yönəldən bəyanatları vəziyyəti daha da qarışdırır" Bakı. 19 sentyabr. REPORT.AZ/ “Nikol Paşinyanın rəsmi Bakını təhrik etməyə yönələn bəyanatları tam yersizdir, Ermənistanda və regionda vəziyyəri daha da qarışdırır”.
Qarabağ
19 Sentyabr , 2018 13:52
Amerikalı ekspert: Paşinyanın rəsmi Bakını təhrikə yönəldən bəyanatları vəziyyəti daha da qarışdırır

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Nikol Paşinyanın rəsmi Bakını təhrik etməyə yönələn bəyanatları tam yersizdir, Ermənistanda və regionda vəziyyəri daha da qarışdırır”.

Bunu “Report”a amerikalı politoloq, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys deyib.

O qeyd edib ki, N.Paşinyanın bu cür bəyanatları fonunda Türkiyə Prezidenti Azərbaycanla dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirir.

P.Teysin fikrincə, bütün bu addımlar, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin Bakıya qarşıdakı səfəri, Avropanın təhlükəsizliyi məsələləri, habelə regionun iqtisadi prosesləri ərtaflı şəkildə araşdırılmalıdır:

 Amerikalı politoloq, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys

“ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sonuncunun iqtisadiyyatına böyük zərər vuraraq Kremlin regiondakı təsirini zəiflədir. Rusiya Ermənistanın öz ordusunu beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan bütün ərazilərdən çıxartmasına nail olmalıdır”.

Piter Teys

Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert

Son xəbərlər

Orphus sistemi