Amerikalı ekspert: "Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı görünmür"

Amerikalı ekspert: "Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı görünmür" Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilən etirazlar rəhbər adlanan şəxslərin korrupsiyaya qurşanmasına qarşıdır.
Qarabağ
8 İyun , 2018 17:24
Amerikalı ekspert: Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı görünmür
Piter Teys
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ "Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilən etirazlar "rəhbər" adlanan şəxslərin korrupsiyaya qurşanmasına qarşıdır".

Bunu "Report"a amerikalı siyasi ekspert, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys deyib.

"Azərbaycanın Tərtər rayonuna səfər etdiyim zaman iki reallığı gördüyümü xatırlayıram: Azərbaycan ərazisində insanlar ərazilərdən minaları təmizləməyə çalışırdı, digər tərəfdən, bir neçə yüz metr məsafədə isə Ermənistan silahlı qüvvələri bu minaları quraşdırırdılar. Bundan əlavə, onlar Tərtərin suvarma sistemi üçün nəzərdə tutulan suları zəhərləmək üçün həddindən artıq pestisidlərdən istifadə etməklə ətraf mühitə ziyan vururlar", - P.Teys bildirib.

Münaqişənin həlli perspektivləri barədə danışan amerikalı ekspert vurğulayıb ki, Ermənistandakı etirazların rəhbəri, ölkənin hazırkı baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin həllinə maraq göstərsə də, həlli uzanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı cəhd göstərməyib.

Ekspertin fikrincə, siyasi hakimiyyət dəyişikliyi heç də həmişə ölkə üçün parlaq gələcəyə səbəb olmur: "Ermənistanda korrupsiya və qohumbazlıq dərin kök salıb. Ona görə də Azərbaycan hökuməti ilə danışıqlar istəyi prioritet olmur. Bu məsələnin Paşinyanın gündəliyinə salınması vaxt alacaq".

Son xəbərlər

Orphus sistemi