Amanda Pol: "Qarabağ danışıqlarının gedişi Paşinyanın yanaşmasını dəyişdirmək niyyətində olub-olmamasından asılıdır"

Amanda Pol: "Qarabağ danışıqlarının gedişi Paşinyanın yanaşmasını dəyişdirmək niyyətində olub-olmamasından asılıdır" Avropa Siyasəti Mərkəzinin eksperti: "Donald Tramp bu regionu unudub"
Qarabağ
6 May , 2019 10:44
Amanda Pol: Qarabağ danışıqlarının gedişi Paşinyanın yanaşmasını dəyişdirmək niyyətində olub-olmamasından asılıdır

"Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, eləcə də liderləri arasında keçirilən görüşlər müsbət addımdır və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində "yeni nikbinlik" üçün əsas olub".

Bunu "Report"un Avropa Bürosuna Brüsseldəki Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol deyib.

"Buna dinamikanın dəyişməsi kimi baxıla bilər. Ancaq biz hələ də danışıqların erkən mərhələsindəyik. Tərəqqi hələ də dialoqun konkret addımlara çevrilməsi üzrə hər iki tərəfin siyasi iradəsindən asılıdır", - ekspert bildirib.

"Bundan əlavə, danışıqlar prosesinin gedişi Ermənistanın yeni lideri Nikol Paşinyanın bu məsələyə yanaşmasını dəyişdirmək niyyətində olub-olmamasından asılıdır", - A.Pol söyləyib.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qlobal qüvvələrinin səyləri və təsirləri barədə danışan A.Pol vurğulayıb ki, hazırda həlledici söz Moskvadadır: "Donald Tramp (ABŞ Prezidenti - red.) bu regionu unudub. O, başqa şeylərlə maraqlanır, məsələn, İranla mübarizə aparır. Rusiya üçün isə Cənubi Qafqaz regionu əsas prioritetdir".

Son xəbərlər

Orphus sistemi