Almaniya prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin tezliklə və dinc yolla həllini arzulayırıq"

Qarabağ
  • 21 sentyabr, 2016
  • 07:32
Almaniya prezidenti: Dağlıq Qarabağ münaqişəsinin tezliklə və dinc yolla həllini arzulayırıq

Bakı. 21 sentyabr. REPORT.AZ/ "ATƏT-ə sədrlik edən ölkə olaraq, Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və dinc yolla həllini arzulayır".

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya prezidenti Yoahim Qauk Ermənistanın müstəqilliyinin 25-ci ildönümü ilə bağlı erməni həmkarı Serj Sarqsyana ünvanladığı məktubda vurğulayıb.

İnformasiyaya görə, o, Dağlıq Qarabağ münaqişəsinin həllinin əhəmiyyətini də məktubunda qeyd edib.