Ali Baş Komandan general-mayorları təbrik edib

Ali Baş Komandan general-mayorları təbrik edib Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 4-də Birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin v
Qarabağ
4 Oktyabr , 2020 22:03
Ali Baş Komandan general-mayorları təbrik edib
Prezident İlham Əliyev
0 : 00
0 : 00

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 4-də Birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

"Onlara tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar. Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürlərini bildirib, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər" deyə, məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi