Akop İnciqulyan Azərbaycan vətəndaşlarının əsir götürülməsi ilə bağlı "iş" üzrə dindiriləcək

Akop İnciqulyan Azərbaycan vətəndaşlarının əsir götürülməsi ilə bağlı "iş" üzrə dindiriləcək Ermənistan KİV-i: Şahbaz Quliyev və Dilqəm Əsgərovun işi üzrə "məhkəmə prosesi" sona çatmaqdadır
Qarabağ
3 Dekabr , 2014 13:20
Akop İnciqulyan Azərbaycan vətəndaşlarının əsir götürülməsi ilə bağlı iş üzrə dindiriləcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Dağlıq Qarabağ separatçıları yaxın zaman ərzində əsir götürülmüş Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərov barəsində qondarma "məhkəmə prosesi"ni başa çatdırmaq niyyətindədir. Bu barədə "Report" News.am-a istinadən xəbər verir. 

Ermənistan KİV-in məlumatına əsasən, dekabr ayının 3-də qondarma "məhkəmə prosesi"ndə Akop İnciqulyan dindiriləcək.

Xatırladaq ki, Ş.Quliyev və D.Əsgərov iyulun əvvəllərində Ermənistanın işğal etdiyi Kəlbəcər rayonununun ərazisində ermənilər tərəfindən əsir götürülüblər. Onlar separatçılar tərəfindən kəşfiyyat aparmaq, qanunsuz odlu silah gəzdirmək, zorakılıq tətbiq etməklə adam qaçırmaq və adam öldürməkdə ittiham olunurlar.  

Azərbaycan tərəfi həmin məhkəməni qanunsuz hesab edir. Azərbaycan XİN qeyd edib ki, "bu məhkəmə heç bir hüquqi qüvvəyə malik deyil". 

"Respublika qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, heç kim Azərbaycan vətəndaşlarına öz ölkəsinin ərazisində sərbəst hərəkət etməyi məhdudlaşdıra və ya qadağa qoya bilməz", - XİN-dən bildiriblər.

Erməni hərbi əsir A.İnciqulyan şəxsi istəyi ilə Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verilib. Lakin o bu ilin noyabr ayında Ermənistana qayıdıb. 

Son xəbərlər

Orphus sistemi