Aİ səfiri: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hərəkətlilik müşahidə olunur"

Aİ səfiri: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hərəkətlilik müşahidə olunur" "Vyana sammiti bu məsələnin həlli istiqamətində olan səylərdə yeni səhifə açıb"
Qarabağ
4 İyul , 2016 14:15
Aİ səfiri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hərəkətlilik müşahidə olunur

Bakı. 4 iyul. REPORT.AZ/ "Son aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hərəkətliliyin müşahidə olunması hamıya məlumdur".

"Report" "Tert.am" portalına istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Petr Svitalski Qarabağ məsələsinin nizamlanması prosesində Aİ-nin iştirakı barədə danışarkən deyib.

O, Vyana sammitinin bu məsələnin həlli istiqamətində olan səylərdə yeni səhifə açdığını, problemin ədalətli və çoxtərəfli həllini tapmaq üçün cəhd edildiyini qeyd edib.

"Bu proses davam edir. Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərinin əsas rol oynadığı həll formatını tam dəstəkləyir. Ai bu prosesə töhfə verir", - deyə P.Svitalski bildirib.

Səfir qeyd edib ki, sabah Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana səfər edəcək və o, bu ölkənin prezidenti, xarici işlər naziri və digər yüksək çinli rəsmiləri ilə görüşlər keçirəcək.

Nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, onun səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini təşviq etmək məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi