Ağdamda beynəlxalq konfrans keçiriləcək

Ağdamda beynəlxalq konfrans keçiriləcək Sentyabrın 16-17-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun iştirakı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf i
Qarabağ
658
5 Avqust , 2021 21:11
Ağdamda beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 16-17-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun iştirakı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Fonddan "Report"a verilən məlumata görə, konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada təşkil olunacaq.

İkigünlük konfrans zamanı “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, “Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı” istiqamətlərində müzakirələr aparılacaq.

Konfransın məqalə və tezislər toplusu nəşr ediləcək. Nəşr olunacaq məlumatlar Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.

Məqalə və tezislərin aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməsi, məqalə mətnlərində göstərilən bölmələrin olması əsas şərtdir:

- “Microsoft Word” (A4) formatında, “Times New Roman” şrifti ilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağı 2 sm);

- Məqalənin həcmi 15 000-20 000 , tezislərin həcmi 2 000-2 500 işarə arasında olmalıdır;

- Məqalənin adı böyük hərflərlə, tünd (bold), 12 şriftlə; müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam şəkildə), 12 şriftlə, müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – yeni sətirdə,11 şriftlə, məqalənin xülasəsi – maksimum 1 000 işarədən ibarət olmaqla 11 şriftlə yazılmalıdır. Ədəbiyyat siyahısı əlifba sırası ilə 11 şriftlə yığılmalıdır.

- Problemin qoyuluşu (yaxud Giriş); - Təhlil və qiymətləndirmə;

- Nəticə və təkliflər.

Məqalələr sentyabrın 10-dan gec olmayaraq [email protected] elektron ünvanına göndərilməlidir. Qeyd etmək lazımdır ki, göstərilən tarixə qədər göndərilməyən, konfransın elmi istiqamətlərinə uyğun gəlməyən məqalə və tezislər qəbul edilməyəcək.

Əlaqə üçün: +99412 5999997 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı

Son xəbərlər

Orphus sistemi