ABŞ səfiri: "Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir"

ABŞ səfiri: "Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir" "ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır"
Qarabağ
100
3 Noyabr , 2017 12:50
ABŞ səfiri: Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir
Report

Göyçay. 3 noyabr. REPORT.AZ/ "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-in Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O qeyd edib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "Prezidentlərin sonuncu görüşü ilə bağlı həmsədrlərin xarici işlər nazirləri ilə birgə bəyanatı olub. Biz bu prosesi dəstəkləyirik. Hər iki ölkənin rəsmiləri arasında görüşün baş tutmasına öz köməyimizi, dəstəyimizi göstəririk, bu iş davam edir. Eyni zamanda, bu münaqişənin dinc yolla həlli üçün öz dəstəyimizi davam etdiririk. Hesab edirik ki, münaqişənin dinc yolla həlli vacibdir".

Son xəbərlər

Orphus sistemi