​ABŞ Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyi"ni tanıya biləcəyinə dair məsələyə münasibət bildirib

​ABŞ Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyi"ni tanıya biləcəyinə dair məsələyə münasibət bildirib "Birləşmiş Ştatlar "Dağlıq Qarabağ"ı tanımır"
Qarabağ
255
6 May , 2016 02:35
​ABŞ Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıya biləcəyinə dair məsələyə münasibət bildirib

Bakı.6 may.REPORT.AZ/ ABŞ Ermənistanın qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı "qanun layihəsi"ni parlamentin gündəliyinə daxil etməsi ilə bağlı məsələyə münasibət bildirib.

"Report" xəbər verir ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner jurnalistlər üçün keçirilən brifinqdə deyib ki, Birləşmiş Ştatlar beynəlxalq birliyin digər ölkələri ilə yanaşı, "Dağlıq Qarabağ"ı tanımır.

"Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində həllini tapacaq. Ona görə, biz tərəfləri nizamlanmaya nail olmaq üçün vicdanla danışıqlar masasına dəvət edirik", - deyə Toner bildirib.

Son xəbərlər

Orphus sistemi