Otuz ildən sonra Ağdama qayıdan rayon sakini qarın üzərində namaz qılıb

Otuz ildən sonra Ağdama qayıdan rayon sakini qarın üzərində namaz qılıb həmin şəxs hazırda "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçi postunda çalışan Səttar Əliyevin qardaşı Şakir Əliyevdir
Qarabağ
19 Mart , 2022 17:34
Otuz ildən sonra Ağdama qayıdan rayon sakini qarın üzərində namaz qılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutları üzrə 71-ci reysi zamanı qeyri-adi olay baş verib.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, rayon sakinlərindən biri ermənilərin dağıtdığı və hazırda Heydər Əliyev Fondunun bərpa etdiyi Cümə Məscidinin qarşısında namaz qılıb, dualar oxuyub. O, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, ibadətini davam etdirib.

Məlum olub ki, həmin şəxs hazırda "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçi postunda çalışan Səttar Əliyevin qardaşı Şakir Əliyevdir.

Ş.Əliyev "Report"a açıqlamasında torpaqları geri qaytaran Ali Baş Komandan İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna, həmçinin səfər təşkilatçılarına təşəkkür edib.

Qeyd edək ki, 30 ildən sonra ilk dəfə doğma torpaqlarına qədəm basan ağdamlılar orada dəfn edilmiş yaxınlarının qəbirlərinə baş çəkərək, dualar oxuyub, ermənilərin dağıdaraq, yerlə-yeksan etdikləri müqəddəs yerləri ziyarət ediblər.

Səttar Əliyev uzun müddət "Qarabağ"ın müdafiəçisi qismində çıxış etdikdən sonra 2005-ci ildə karyerasını bitirib və məşqçiliyə başlayıb.

Son xəbərlər

Orphus sistemi