Perunun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Perunun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib Bakı. 11 may. REPORT.AZ/ Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
11 May , 2018 18:24
Perunun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bakı. 11 may. REPORT.AZ/ Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Peru Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyir, Peru ilə Azərbaycan arasında siyasi, diplomatik, iqtisadi, ticari əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsini arzu edirəm.

Zati-aliləri, Sizə bir daha dərin hörmət və ehtiramımı bildirirəm".

Son xəbərlər

Orphus sistemi