MSK sədri: "Seçkilərdə namizədlərə bərabər şərait yaradılıb"

MSK sədri: "Seçkilərdə namizədlərə bərabər şərait yaradılıb" "Namizədlər qanunun onlara verdiyi hüquqlardan istifadə ediblər"
Daxili siyasət
15 Aprel , 2018 11:18
MSK sədri: Seçkilərdə namizədlərə bərabər şərait yaradılıb

Bakı. 15 aprel. REPORT.AZ/ "Azərbaycanda keçirilən prezident seçkilərinə maraq böyük olub. Səsvermə prosesi veb-kameralar vasitəsilə izlənilib. Prosesi həmçinin dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri də izləyib ki, bu da səsvermənin şəffaf olduğunu göstərir. Bu seçki əlamətdar hadisədir".

"Report"un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçkilərdə namizədlərə bərabər şərait yaradılıb:

"Namizədlər qanunun onlara verdiyi hüquqlardan istifadə ediblər. Burada hər hansı çətinlik olmayıb.

M.Pənahov bildirib ki, MSK seçkilərdə missiyasını uğurla yerinə yetirib və səsvermə prosesi seçici fəallığı ilə müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi