MDB müşahidə missiyasının rəhbəri: "Azərbaycanda prezident seçkiləri çox yaxşı təşkil olundu"

MDB müşahidə missiyasının rəhbəri: "Azərbaycanda prezident seçkiləri çox yaxşı təşkil olundu" "Seçkilərə hazırlığın necə getdiyi və onların necə keçirildiyi barədə kifayət qədər məlumat əldə etdik"
Daxili siyasət
12 Aprel , 2018 10:23
MDB müşahidə missiyasının rəhbəri: Azərbaycanda prezident seçkiləri çox yaxşı təşkil olundu

Bakı. 12 aprel. REPORT.AZ/ "Azərbaycanda prezident seçkiləri yaxşı hazırlanmışdı və çox yaxşı təşkil olundu".

"Report" xəbər verir ki, bunu Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedev keçirdiyi mətbuat konfransında deyib.

O, həmçinin seçki məntəqələrində bütün komissiya üzvlərinin yüksək hazırlığını və seçkilərə yaxşı informasiya dəstəyi verildiyini söyləyib.

S.Lebedev vurğulayıb ki, 20 uzunmüddətli müşahidəçi ölkədə bu il martın 20-dən fəaliyyət göstərib, seçki günündə - aprelin 11-də isə seçkiləri MDB-dən ümumilikdə 221 müşahidəçi izləyib.

"Respublikanın bütün regionlarını əhatə etdik, seçkilərə hazırlığın necə getdiyi və onların necə keçirildiyi barədə kifayət qədər məlumat əldə etdik", - missiya rəhbəri vurğulayıb.

"Məntəqələrdə böyük seçici növbələri gördük. Özü də belə yüksək seçici fəallığında heç bir basırıq yaşanmırdı. Bayram ab-havası hiss olunurdu", - S.Lebedev bildirib.

Son xəbərlər

Orphus sistemi