Konstitusiya Məhkəməsində MSK-nın prezident seçkiləri ilə əlaqədar yekun protokoluna baxılacaq tarix açıqlanıb

Konstitusiya Məhkəməsində MSK-nın prezident seçkiləri ilə əlaqədar yekun protokoluna baxılacaq tarix açıqlanıb Bakı. 16 aprel. REPORT.AZ/ Aprelin 11-də Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Plenum iclası Konstitusiya Məhkəməsinin binasında keçiriləcək.
Daxili siyasət
16 Aprel , 2018 11:46
Konstitusiya Məhkəməsində MSK-nın prezident seçkiləri ilə əlaqədar yekun protokoluna baxılacaq tarix açıqlanıb

Bakı. 16 aprel. REPORT.AZ/ Aprelin 11-də Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Plenum iclası Konstitusiya Məhkəməsinin binasında keçiriləcək.

“Report”un xəbərinə görə, iclas aprelin 17-də saat 15:00-da keçiriləcək.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək iclasda MSK-nın təqdim etdiyi protokola baxılacaq, iclasda seçkilərlə bağlı ümumi məlumat veriləcək.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Xatırladaq ki, Aprelin 11-də keçirilmiş prezident seçkilərində keçirilən səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 %, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.12 %, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74% səs toplayıb.

Son xəbərlər

Orphus sistemi