Estoniya və Seneqalın dövlət başçıları Prezident İlham Əliyevi təbrik edib

Estoniya və Seneqalın dövlət başçıları Prezident İlham Əliyevi təbrik edib Bakı. 17 aprel. REPORT.AZ/ Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
17 Aprel , 2018 19:52
Estoniya və Seneqalın dövlət başçıları Prezident İlham Əliyevi təbrik edib

Bakı. 17 aprel. REPORT.AZ/ Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolunda birgə çalışmağa davam edəcəyik.

Mənim ən yüksək ehtiramımı, eləcə də Azərbaycan Respublikasının və onun xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

Bundan başqa, Seneqal Respublikasının Prezidenti Məkki Sall da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Ölkənizin inkişafı, vətəndaşlarınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün birgə səylərimizi davam etdirmək əzmində olduğuma əmin ola bilərsiniz".

Son xəbərlər

Orphus sistemi