Teymur Məmmədov: "Medal qazanacağıma inanırdım, döyüşü düzgün qurmadım"

Teymur Məmmədov: "Medal qazanacağıma inanırdım, döyüşü düzgün qurmadım" "Hamının şansı var idi, əksəriyyəti medalın bir addımlığında məğlub oldu"
Fərdi
23 Avqust , 2016 22:43
Teymur Məmmədov: Medal qazanacağıma inanırdım, döyüşü düzgün qurmadım

Bakı. 23 avqust. REPORT.AZ/ "Mən medal qazanacağıma inanırdım, döyüşü düzgün qurmadım. Komanda pis döyüşmədi. Hamının şansı var idi, əksəriyyəti medalın bir addımlığında məğlub oldu".

"Report" xəbər verir ki, bu sözləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Rio-de-Janeyrodan Vətənə qayıdan Azərbaycan yığmasının XXXI Yay Olimpiya Oyunlarındakı bayraqdarı boksçu Teymur Məmmədov deyib.

O, finalda hakimlərin Lorenso Sotomayora qarşı haqsızlıq etməsi fikri ilə razı olmadığını bildirib:

"Bizdə belə bir deyim var: Azərbaycan idmançıları uduzmurlar, onları hakimlər uduzdurur (gülür - red.). Olimpiada elə bir yerdir ki, orada fərq etmir sən dünya çempionusan, ya da olimpiya çempionu. Orada heç tanınmayan idmançılar çıxıb qələbə qazanırlar".

Teymur Məmmədov jurnalistlərin Özbəkistan boksçularının uğurlu çıxışı ilə bağlı sualını da cavablandırıb:

"Yəqin onlar yaxşı hazırlıq prosesi keçiblər".

Son xəbərlər

Orphus sistemi