Stend atıcılığı üzrə ikiqat Olimpiya çempionu silah gəzdirmək lisenziyasından məhrum edilib

Stend atıcılığı üzrə ikiqat Olimpiya çempionu silah gəzdirmək lisenziyasından məhrum edilib Avstraliyalı idmançı Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarını buraxa bilər
Fərdi
30 İyun , 2016 12:37
Stend atıcılığı üzrə ikiqat Olimpiya çempionu silah gəzdirmək lisenziyasından məhrum edilib

Bakı. 30 iyun. REPORT.AZ/ İkiqat Olimpiya çempionu, avstraliyalı atıcı Maykl Daymond Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları-2016-nı buraxa bilər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, M.Daymond mayın sonlarında Avstraliyanın Yeni Cənubi Uels ştatında içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə, həbs olunmuşdu. O, həmçinin yanlış şəkildə silah saxlamaqda ittiham olunub. Buna görə də onun silah gəzdirmək lisenziyası dayandırılıb. Milli Olimpiya Komitəsindən (MOK) M.Daymondun davranışının qəbuledilməz və ölkənin imicinə təhdid olduğu bildirilib.

İdmançı lisenziyanın ləğvi qərarından məhkəmə formasında şikayət etmək hüququna malikdir.

Qeyd edək ki, M.Daymond 1996 və 2000-ci illərdə stend atıcılığı növü üzrə Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

Son xəbərlər

Orphus sistemi