Yuxarı

Rövşən Səfərov XV Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanıb

O, həlledici qarşılaşmada Britaniya təmsilçisi Conatan Draneni məğlub edib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanın daha bir cüdoçusu Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında medal qazanıb.

"Report" xəbər verir ki, 81 kq. çəki dərəcəsində çıxış edən Rövşən Səfərov yarışların bürünc medalına sahib olub.

İkinci görüşündə ukraynalı Aleksandr Kosinova məğlub olan Rövşən Səfərov təsəlliverici görüşə qatılıb. O, həlledici qarşılaşmada Britaniya təmsilçisi Conatan Draneni məğlub edib və Olimpiadada 3-cü yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi