Yuxarı

Rio-de-Janeyronun Atletlər Kəndində Azərbaycan bayrağı yüksəldilib

Mərasim bu gün baş tutub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində 2016-cı il Yay Paralimpiya Oyunları üçün ayrılmış Atletlər Kəndində Azərbaycan bayrağı qaldırılıb. "Report"un məlumatına görə, bayraq qaldırma mərasimi bu gün həyata keçirilib.

Sentyabrın 3-də Azərbaycanı təmsil edən paralimpiyaçılar Kəndə yerləşdirilib.

Qeyd edirik ki, Azərbaycan komandası XV Yay Paralimpiya Oyunlarında 6 idman növündə 21 idmançı ilə təmsil olunacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi