​Rio-de-Janeyroda dinc nümayişlərə icazə verilib

​Rio-de-Janeyroda dinc nümayişlərə icazə verilib Braziliya Federal Məhkəməsi bununla bağlı qərar qəbul edib
Fərdi
10 Avqust , 2016 10:31
​Rio-de-Janeyroda dinc nümayişlərə icazə verilib

Bakı. 10 avqust. REPORT.AZ/ Braziliya Federal Məhkəməsi XXXI Yay Olimpiya Oyunlarının keçirildiyi Ri-de-Janeyro şəhərində sakinlərin dinc nümayiş keçirməsinə icazə verib.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, qərar ölkənin müvəqqəti baş naziri Miçel Temeri tənqid edən köynək geyinmiş tamaşaçının olimpiada keçirilən ərazidən uzaqlaşdırılmasından sonra qəbul olunub.

Məhkəmənin hakimi Joao Auqusto bu addımı "ifadə azadlığının əngəllənməsi" adlandırıb. Qərara əsasən irqçi və xarici düşmənçiliklə bağlı keçirilən nümayişlər qadağan olunub.

Qeyd edək ki, Braziliya Ali Məhkəməsi Beynəlxalq Olimpiya Komitəsi, yerli hökumət və olimpiadanın təşkilatçılarının dinc nümayişləri əngəlləməklə səlahiyyətlərini aşdıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi