Yuxarı

Rio-de-Janeyroda 2 ölkənin paralimpiyaçıları qarət olunub

Oğrular sonradan tapılsa da, üstlərindən pul çıxmayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın Rio-de-Janeyro şəhərində İspaniya yığmasının 3 üzvü qarət olunub. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, hadisə Paralimpiya Kəndində baş verib. 

Naməlum kişilər özlərini otaq təmizləyənlər kimi təqdim edərək, idmançıların qaldıqları otaqlardan 350 dollar oğurlayıblar. Zərərçəkənlər polisə müraciət ediblər. Oğrular sonradan tapılsa da, üstlərindən pul çıxmayıb. 

Danimarka nümayəndə heyətinin də qarət olunduğu bildirilir. Onların otaqlarından texnika və hətta geyimlərin də oğurlandığı bildirilir. 

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7 - 18 sentyabrda keçiriləcək. Azərbaycan nümayəndə heyəti də bir neçə gündür Rio-de-Janeyrodadır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi