Yuxarı

​Rio-2016-nın talismanı olan yaquar güllələnib - VİDEO

Juma veterinara hücum edib

Bakı. 22 iyun. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məşəl estafetində xoşagəlməz hadisə baş verib. 

"Report"un məlumatına görə, məşəl daşıyanların yanında olan Juma ləqəbli yaquar Amazonas ştatında güllələnib.

Yırtıcı heyvan estafetdən sonra nəzarətçilərin əlindən qaçıb. Hadisə hərbi hissənin ərazisindəki zooparkda baş verib. İlk olaraq zoopark işçiləri Jumaya sakitləşdirici iynə vurmağa cəhd ediblər. Amma yaquar həkimlərdən birinin üzərinə hücum çəkib və bu zaman güllələnib.

Qeyd edək ki, Juma ləqəbli yaquar Rio-2016 məşəl estafetinin talismanı idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi