Yuxarı

​Misir cüdoçusu israilli rəqibi ilə əl sıxmadığı üçün Olimpiadanı tərk edib

Bu barədə qərar Misir yığması tərəfindən qəbul olunub

Bakı. 16 avqust. REPORT.AZ/ Misir cüdoçusu İslam əl-Şəhəbi Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında israilli rəqibi Ori Sasona məğlub olduqdan sonra onunla əl sıxmaqdan imtina etdiyinə görə, Olimpiadadan evə göndərilib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) istinadən "Reuters" məlumat yayıb.

Qərarın Misir yığması tərəfindən qəbul olunduğu bildirilir.

İnsident cümə günü baş verib. Bu hadisədən sonra BOK idmançının hərəkətini pisləyib.

Olimpiya oyunları avqustun 21-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi