Mariya Stadnik "Rio-2016"da finala yüksəlib - YENİLƏNİB-2

Mariya Stadnik "Rio-2016"da finala yüksəlib - YENİLƏNİB-2 Güləşçimiz ən azı gümüş medalı təmin edib
Fərdi
17 Avqust , 2016 20:15
Mariya Stadnik Rio-2016da finala yüksəlib - YENİLƏNİB-2

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik finala yüksəlib. 

"Report"un məlumatına görə, ukraynalı legioner yarımfinalda bolqarıstanlı Elitsa Atanasova Yankova üzərində təmiz qələbə qazanıb.

O, 2 dəqiqə 15 saniyə davam etmiş görüşdə rəqibinin kürəyini döşəyə sıxıb. Finalda Stadnikin rəqibi son 3 dünya çempionatının qalibi, yaponiyalı Eri Tosaka olacaq.

*** 19:21

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik yarımfinala yüksəlib. 

"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yer alan ukraynalı legioner 1/4 finalda polşalı Nina İvona Markovskanı da çətinlik çəkmədən məğlubiyyətə uğradıb.

Bu dəfə də Stadnik 10:0 hesablı qələbəyə nail olub. Onun yarımfinaldakı rəqibi Elitsa Atanasova Yankova (Bolqarıstan) olacaq.

*** 18:12

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik mübarizəyə başlayıb. 

"Report"un məlumatına görə, ukraynalı legioner 1/8 finala təsadüf edən ilk görüşündə argentinalı Patrisia Alexandra Bermudeslə üz-üzə gəlib.

Görüş Stadnikin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 10:0. 1/4 finalda onun rəqibi polşalı Nina İvona Matkovska olacaq.

Son xəbərlər

Orphus sistemi