İ​spaniyada Azərbaycan nümayəndə heyətinin "Rio-2016"ya qeydiyyatı ilə bağlı iclas keçiriləcək

İ​spaniyada Azərbaycan nümayəndə heyətinin "Rio-2016"ya qeydiyyatı ilə bağlı iclas keçiriləcək İclas 4 gün davam edəcək
Fərdi
13 May , 2016 16:18
İ​spaniyada Azərbaycan nümayəndə heyətinin Rio-2016ya qeydiyyatı ilə bağlı iclas keçiriləcək

Bakı. 13 may. REPORT.AZ/ Mayın 16-da İspaniyanın paytaxtı Madriddə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin ilkin qeydiyyatı ilə bağlı iclas keçiriləcək. 

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 4 gün davam edəcək toplantıda Gənclər və İdman Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və "Rio-2016"da Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, MOK-un Beynəlxlq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov iştirak edəcəklər.

Tədbir çərçivəsində olimpiadada iştirak edəcək ölkə nümayəndələrinin hazırlıq prosesi, idmançıların qeydiyyatı və digər məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi