​İlham Mədətov: "Cüdoçularımız çox yaxşı mübarizə apardılar"

​İlham Mədətov: "Cüdoçularımız çox yaxşı mübarizə apardılar" Bu mübarizə digər idmançılarımıza da müsbət təsir göstərir
Fərdi
10 Avqust , 2016 00:14
​İlham Mədətov: Cüdoçularımız çox yaxşı mübarizə apardılar

Bakı. 10 avqust. REPORT.AZ/ Rio-de Janeyroda binalar, avtomobillərin saxlanma, yemək verilmə, qeydiyyat yerləri kənardan hazır görünsə də, əslində xeyli problem vardı.

"Report" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya müsahibəsində Rio Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov deyib.

O, bildirib ki, həmin problemlərin bir hissəsi bu gün də qalmaqdadır. "Sanitar qurğular, qaz, işıq, suyun nəqlində çox böyük problemlər var. Şükürlər oilsun ki, problemlər tədricən həll edilir" – deyə İlham Mədətov bildirib.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Rio-de Janeyroya komanda üzvlərimizdən öncə gəlib və idmançılarımızın qalacaqları bir neçə otaqda onlar üçün şərait yaradılmasını təmin edib.

"İndi komanda üzvlərimizin hamısını rahat yerləşdirmişik. Bu günlərdə bizə qoşulacaq güləş və taekvando komandamızı qarşılamağa hazırıq" – deyə Rio Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib.

İlham Mədətov qeyd edib ki, idmançılarımızın əhval-ruhiyyəsi yaşxıdır: "Cüdoçularımız çox yaxşı mübarizə apardılar. Bu mübarizə digər idmançılarımıza da müsbət təsir göstərir. İnanıram ki, bu gələcəkdə də belə olacaq".

Son xəbərlər

Orphus sistemi